EN

Bank hesablarından 14 min manata yaxın pul oğurlandı...


İyunun 18-də bir sıra şəxslərin bank hesablarından 6 min 970, 3 min 823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Həmçinin nazirlik vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. “Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. DİN bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”, – deyə məlumatda bildirilir.

ZÜMRÜD

Chosen
8
32
baki-xeber.com

10Sources