İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-cü ilin yanvar - may ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
Teleqraf xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi "Bravo"nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.
Şəbəkə zəmanət talonuna qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilb.
İstehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.9 maddəsi pozulub.