EN

Konfrans Liqası: "Zirə" Xorvatiya, "Araz-Naxçıvan" isə Yunanıstan təmsilçisinə rəqib oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, qurumun UEFA-nın mənzil-qərərgahında baş tutan tədbirdə Azərbaycan təmsilçiləri "Zirə" iləə "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib. 

Mübarizəyə məhz bu mərhələdən başlayacaq komandalarımızdan paytaxt klubuna "Hayduk"(Xorvatiya) rəqib olub. 

"Araz-Naxçıvan" isə avrokubokda debütünü  "Aris" (Yunanıstan) komandasına qarşı reallaşdıracaq.

Həm Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar", həm də Elmar Baxşıyevli "qırmızı-qağlar" ilk oyununu iyulun 24-də evdə keçirəcək. Mərhələnin cavab görüşləri iyulun 31-də baş tutacaq.    

Chosen
12
5
fanat.az

6Sources