EN

Xəzər dənizindən keçəcək fiber-optik kabel xətti Qazaxıstan və Azərbaycanın rəqəmsal transformasiyasının hərəkətverici qüvvəsi olacaq - Analitiklər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan arasında həyata keçiriləcək fiber-optikrabitə xəttinin (FOCL) birgə layihəsi – "Rəqəmsal İpək Yolu" həriki ölkənin iqtisadi modernləşməsi və rəqəmsal transformasiyasıbaxımından kritik əhəmiyyət daşıyacaq.

Trend xəbər verirki, bu haqda Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADAUniversiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiyaİnstitutunun (IDD) birgə hesabatında deyilir.

Mütəxəssislərin fikrincə, FOCL layihəsi telekommunikasiyamarşrutlarını şaxələndirməyə, şəbəkələrin bolluğunu vədayanıqlılığını təmin etməyə, gecikmələri azaltmağa və ötürməqabiliyyətini artırmağa imkan verəcək ki, bu da Qazaxıstan vəAzərbaycanın rəqəmsal iqtisadiyyatlarını dəstəkləmək üçün mühümolacaq. Layihənin icrası fintex, bulud texnologiyaları və süniintellekt kimi sahələrin inkişafına zəmin yaradacaq.

Bu prosesdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığındayerləşən Ələt Azad İqtisadi Zonası (ƏAİZ), həmçinin, layihəninreallaşdırılmasında əsas rol oynaya biləcək Qazaxıstanın azadiqtisadi zonası xüsusi əhəmiyyətə malik olacaq.

FOCL layihəsinin tikintisi 2025-ci ilə planlaşdırılıb. Kabelinuzunluğu təxminən 380 kilometr olacaq, ötürmə qabiliyyəti isəsaniyədə 400 terabitə qədər çatacaq. Layihəyə yönəldiləcək ümumisərmayənin ilkin qiymətləndirilməsi 50 milyon ABŞ dollarındançoxdur.

Məqalədə:
Chosen
13
1
az.trend.az

2Sources