EN

Rusiya Ukraynaya qarşı yeni tələb irəli sürdü

BAKI, 18 iyun. TELEQRAF

“Rusiya Federasiyası Qərb dövlətləri tərəfindən Ukraynaya verilən bütün növ silahların məhv edilməsini tələb edərkən, nə qədər qeyri-adekvat olduğunu nümayiş etdirir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

“Rusiya rəsmiləri demək olar ki, hər gün yeni absurd tələblər irəli sürürlər. Tam qeyri-adekvatlıq. Moskva ABŞ-nin müharibəni bitirmək səylərinə tam hörmətsizlik nümayiş etdirir”, - diplomat vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bundan əvvəl bəyan edib ki, Qərb ölkələrindən Ukraynaya ötürülən bütün silahlar məhv edilməlidir. Onun iddiasına görə, Ukraynanın bu silahlarla çılğın şəkildə davranması Qərb ölkələrinin özlərini belə təhdid edir: “Çünki bu silahlara nəzarət etmək çətindir”.

Chosen
10
teleqraf.com

1Sources