EN

"Real Madrid"də nömrə dəyişikliyi: Arda Gülərə böyük etimad

"Real Madrid"in ulduzu Luka Modriç klubdan ayrılır. Onun 10 nömrəli formasını isə Türkiyənin milli futbolçusu Arda Gülərin geyinməsi gözlənilir.

Sherg.az xəbər verir ki, FIFA Klublararası Dünya Kubokundan sonra 39 yaşlı Modriçin komandadan ayrılması ilə 10 nömrəli forma boş qalacaq. Arda Gülər bu nömrəyə ən ciddi namizədlərdən biri hesab olunur.

Yeni baş məşqçi Xabi Alonso Ardanın bu mövsüm daha çox şans qazanacağını bildirib. Arda, "Fənərbaxca" və milli komandada da 10 nömrəli formayla çıxış edib.
Chosen
7
1
sherg.az

2Sources