Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Beyləqan-Ağcabədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-SC-761 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşının sürücüsü idarəetmə itirərək qəza törədib. Nəticədə yoldan çıxan maşın dərəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.