EN

"Barselona"ya keçəcəyi gözlənilən qapıçı klubundan ayrıldı - RƏSMİ

"Barselona"ya keçəcəyi gözlənilən qapıçı Joan Qarsiya "Espanyol"u tərk edib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

Qarsiyanın müqaviləsindəki sərbəstqalma məbləğinin - 25 milyon avronun ödənildiyi bildirilib.

Sözügedən qolkiperin sabiq klubunun əzəli rəqibi ilə 6 illik müqavilə bağlayacağı, futbolçunun prezentasiyasının isə cümə günü baş tutacağı gözlənilir.

Qeyd edək ki, geridə qalan mövsümdə 24 yaşlı Joan La Liqada 38 matça çıxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə qiymətləndirir.

Nihat

Chosen
19
1
fanat.az

2Sources