EN

“Neftçi” “Asteras”la yoxlama oyunu keçirəcək

“Neftçi” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində “Asteras”la yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Asteras” yeni mövsümə hazırlıq planlarını açıqlayıb. Tripolis klubunun yaydığı məlumata görə, hazırlıq prosesi çərçivəsində Yunanıstan təmsilçisi bir neçə yoxlama oyunu keçirəcək. Həmin rəqiblərdən biri də “Neftçi” olacaq. Bu oyun iyulun 27-də, Polşada təşkil olunacaq təlim-məşq toplanışı zamanı baş tutacaq.

Xatırladaq ki, Azərbaycan klubu hələ ki, yeni mövsümə hazırlıq planlarını açıqlamayıb.

Chosen
12
arena.az

1Sources