EN

Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fərman Dəmirov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, 2023-cü il oktyabrın 31-də Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib.

Fərman Dəmirov Cinayət Məcəlləsinin 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
8
apa.az

9Sources