EN

"Barselona" yeni transferini açıqladı

"Barselona" qapıçı Joan Qarsiyanın transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "blauqrana" bu keçid üçün əzəli rəqibi "Espanyol"a qolkiperin müqaviləsindəki sərbəstqalma məbləğini - 25 milyon avro ödədiyini bəyan edib.

Onun 6 illik müqavilə bağlayacağı, futbolçunun prezentasiyasının isə cümə günü baş tutacağı bildirilib.

Qeyd edək ki, geridə qalan mövsümdə 24 yaşlı Joan La Liqada 38 matça çıxıb. "Transfermarkt" portalı "çərçivə" qoruyucusunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
12
fanat.az

1Sources