EN

ABŞ hərbi gəmiləri Bəhreyndəki bazanı tərk etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Bəhreyndəki bazanı tərk edib.

Avtosfer.az xəbər verir ki, bu barədə "The Associated Press" peyk görüntülərinə istinadən məlumat verib.

Qeyd olunur ki, görüntülərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci əməliyyat donanmasının bazasında lövbər salmış bir dənə də olsun gəmi görünmür.

Həmin yerdə bir sahil döyüş gəmisi, dörd minaaxtaran gəmi və ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyat gəmisi olub.

Həmçinin, Bəhreyndəki bazadan Böyük Britaniya hərbi gəmiləri də istifadə edir.

Chosen
7
avtosfer.az

1Sources