Bakı. Trend:
İsrail hərbi hava qüvvələri İranın Tehrandakı hərbi obyektlərinihədəfə alan aviareydlər həyata keçirir.
Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, İran paytaxtında 1100-dən çox nöqtəyə zərbələrendirilib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksəksəviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargahrəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahınınkomandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslərölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.