EN

Mehr : İraqda İrana gedən pilotsuz uçan aparatlı üç avtomobil saxlanılıb

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları və partlayıcı maddələr daşıyan 3 yük maşını saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi İran polisinin sözçüsü Səid Montazer əl-Mehdiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görüb, pilotsuz uçan aparatları daşıyan 3 nəqliyyat vasitəsini, habelə daşınmada iştirak edən şübhəli şəxsləri müəyyən edərək saxlayıb”.

İraq sərhəd xidmətlərindən bu hadisə ilə bağlı rəsmi şərh verilməyib.

Bundan əvvəl İranın xüsusi xidmət orqanları İsrailin kamikadze təyyarələrini daşıyan yük maşınları və pikapların ələ keçirildiyi barədə məlumat veriblər. Tehranın məlumatına görə, İsrailin Mossad kəşfiyyat xidməti İslam Respublikası daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün bu tip pilotsuz təyyarələrdən istifadə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
6
icma.az

10Sources