EN

Heydərov, Kotsoyev və Hacıyev - komandalararası dünya çempionatı üçün heyətdə

Qarışıq komandalar arasında dünya çempionatında iştirak etmək üçün Azərbaycan millisinin heyətinə 10 cüdoçu daxil edilib.

İdman.biz xəbər verir ki, yarış iyunun 20-də - fərdi çempionat başa çatdıqdan bir gün sonra keçiriləcək.

Heyətə Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kq), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) daxil ediliblər.

Hacıyev dünən dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 1/8 finalda Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq.

İdman.biz

Chosen
7
idman.biz

1Sources