EN

Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq

Kino

Hollivud kino sənayesinin ən böyük şirkətlərindən biri hesab olunan "Warner Bros."-un səhmləri bölündündükdən sonra icra xərcləri azaldılıb.

Reyting.az
xəbər verir ki, bu barədə"Deadline" jurnalı yazıb.

Məlumata görə, icra xərclərinin azaldılması qərarı kinostudiyanın baş direktoru David Zaslavın maaşına da təsir edib.

Uzun illərdir "Warner Bros. Discovery" studiyasına rəhbərlik edən David Zaslav deyib ki, tezliklə onun maaşında "əhəmiyyətli" azalma olacaq.

Tək David Zaslavın deyil, maliyyə direktoru Qunnar Viedenfelsin və şirkətin bölünməsi nəticəsində yaradılan Qlobal şəbəkələrin televiziya bölməsinin baş direktorunun maaşına da yenidən baxılacaq. Üstəlik, vəzifə təyinatlarında da dəyişiklik gözlənilir.

Nəşr yazır ki, Zaslavın yeni müqaviləsi "illik pul qazanmaq imkanını azaltmaq və eyni zamanda uzunmüddətli təşviqat ətrafında ümumi kompensasiya strukturunu yenidən balanslaşdırmaq da daxil olmaqla, şirkətin baş direktoru kimi onun illik kompensasiyasını əhəmiyyətli dərəcədə azaldacaq". Dəyişiklik icraçılara deyil, daha çox səhmdarlarla uyğunlaşmaya kömək edəcək və davamlı, uzunmüddətli böyüməyə təkan verəcək.

D. Zaslavın bu kino şirkəti ilə növbəti müqaviləsi yenilənəcək və baş direktorla 2030-cu ilin 31 dekabrına qədər uzadılan müqavilə bağlanacaq. Zaslavın qüvvəyə minəcək müqaviləsi əsasında onun yeni əməkhaqqı daha az, illik 3 milyon dollar baza maaşı olacaq. Eyni zamanda Zaslavın əsas hədəfi olan onun illik pul mükafatı tamamilə minimuma - 6 milyon dollara endiriləcək ki, bu da belə bir kino şirkətinin baş direktoru üçün xeyli kəsir deməkdir.

Qeyd olunur ki, Zaslavla bağlı qəbul edilmiş belə bir qərar sadəcə faktiki ödəniş kompensasiya komitəsi tərəfindən müəyyən edilmiş performans məqsədlərinə nail olmaq şərti ilə verilən cüzi maddi dəstək mənasına gəlir.

"Deadline" nəşri qeyd edib ki, təcrübəli bir idarəçi kimi bu şirkətdəki baş direktor vəzifəsini qorumağı bacaran D. Zaslav "HBO" studiyası və "Warner Bros" kino studiyasının da daxil olduğu yeni və böyük "Streaming & Studios"-un bölməsinə rəhbərlik edəcək.

Onu da qeyd edək ki, keçən həftə kino şirkətində elan edilən bölünmənin rəsmi olaraq 2026-cı ilin ortalarında başa çatdırılması planlaşdırılır.

Oqtay QORÇU
Chosen
5
1
reyting.az

2Sources