ain.az bildirir, Apa.az portalına istinadən.
Bu ilin yanvar-may aylarında Azərbaycan 95 658,88 min ABŞ dolları dəyərində 207 719,2 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 39,9%, həcmi isə 13,8% az olub.
Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.