EN

Tramp niyə xüsusi nümayəndəsini Lukaşenko ilə görüşə göndərir?

BAKI, 18 iyun. TELEQRAF

“Prezident Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Belarusa səfəri ABŞ-nin müharibəni dayandırmaq səyləri çərçivəsində yeni yanaşma tapmaq cəhdi ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Mənə elə gəlir ki, cənab Kelloq Rusiya ilə dialoq pəncərəsini genişləndirmək üçün imkanlar axtarır. O, hesab edir ki, Lukaşenko müəyyən mənada subyektivdir və Putinə təsir edə bilər. Kelloq hərəkət edə biləcəyi başqa bir rabitə yolu əldə etmək istəyir”, - Podolyak hesab edir.

Ukrayna rəsmisi ABŞ-nin Belarus strategiyasını yanlış hesab edir, onun sözlərinə görə, Lukaşenko kifayət qədər təsir gücünə malik deyil və kifayət qədər ehtiyatlı davranır. Podolyakın fikrincə, Belarus lideri Ukrayna məsələsində Putindən çox qorxur və Rusiyadan çox asılıdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ mediası Keyt Kelloqun Belarusa səfər edəcəyi və Prezident Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırdığı barədə məlumat yaymışdı.

Chosen
6
teleqraf.com

1Sources