EN

UFC Baku Fight Night yarışını bu telekanal yayımlayacaq

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

İyunun 21-də Bakıda ilk dəfə keçiriləcək UFC Fight Night yarışını yayımlayacaq telekanalın adı açıqlanıb.

Möhtəşəm gecənin bütün döyüşlərini İdman TV vasitəsilə izləmək mümkün olacaq.

Qarışıq döyüş növləri həvəskarlarına öncə iyunun 20-də saat 18:00-dan etibarən rəsmi çəki mərasiminə canlı baxmaq şəraiti yaradılacaq.

Bundan əlavə, İdman TV döyüşə hazırlıq proseslərini, eksklüziv müsahibələri və Bakının unikal mədəni mənzərəsini də nümayiş etdirəcək.

İyunun 21-də isə həm ilkin, həm də əsas kartın bütün 12 döyüşü yayımlanacaq.

İlkin kartın görüşləri saat 20-dən etibarən başlanacaq. Saat 23-də isə əsas kartın döyüşləri start götürəcək. 

Əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq.

Həmçinin "Baku Crystal Hall"da oktaqona 3 azərbaycanlı idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev çıxacaq. \\Offsideplus.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
hurriyyet.az

3Sources