EN

Cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünyaçempionatı davam edir.

Trend xəbər verirki, yarışın altıncı günündə Azərbaycan millisinin daha birtəmsilçisi – 100 kq çəki dərəcəsində çıxış edən Olimpiyaçempionumuz Zelim Kotsoyev tatami üzərinə çıxıb.

İlk mərhələdən azad olan idmançımız 1/16 finalda italiyalıCennaro Pirellini, 1/8 finalda isə qazaxıstanlı Marat Baykamurovuməğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Beynəlxalq CüdoFederasiyasını (IJF) təmsil edən Arman Adamyanla qarşılaşıb vəməğlub olaraq təsəlliverici görüşlərə qatılıb.

Təsəlliverici qarşılaşmada ispaniyalı Nikolos Şerazadişviliniməğlub edən Kotsoyev bürünc medal uğrunda cənubi koreyalı Sex-YonKimlə qarşılaşıb. İnamlı çıxışla rəqibini üstələyən cüdoçumuz dünyaçempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan yığmasının aktivindəkimedal sayı üçə çatıb. Daha əvvəl Zelim Tçkayev (81 kq) və ElcanHacıyev (90 kq) də bürünc medal qazanıblar.

Chosen
25
1
az.trend.az

2Sources