EN

Zelim Kotsoyev Budapeştdə dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, böyüklər arasında təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.

Altıncı yarış günündə Azərbaycan millisinin daha bir idmançısı mübarizəyə qoşulub. İlk mərhələdən azad olan Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cennaro Pirellini (İtaliya), ardınca Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) güləşib. Rəqib mərhələ adladığından Kotsoyev təsəlliverici görüşə qatılıb. Nikolos Şerazadişviliyə (İspaniya) qalib gələn Zelim bürünc medal uğrunda Sex-Yon Kimlə (Cənubi Koreya) gücünü yoxlayıb. İnamlı qələbə qazanan cüdoçumuz bürünc qazanmaq şansını qaçırmayıb.

Xatırladaq ki, dünya çempionatında daha öncə millimizin digər üzvləri Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) də bürünc medal qazanmışdılar.

Chosen
9
4
arena.az

5Sources