EN

"Mançester Siti" klublararası dünya çempionatına inamlı qalibiyyətlə başladı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün bir oyuna yekun vurulub.

F qrupunda yer alan "Mançester Siti" Mərakeşin "Vidad" komandası üz-üzə gəlib. İngiltərə nəhəngi afrikalılar üzərində 2:0 hesablı qələbə qazanıb. "Şəhərlilər"in qollarını 2-ci dəqiqədə Fil Foden, 42-ci dəqiqədə isə Ceremi Doku vurub. Pep Qvardiolanın komandası matçın sonlarını azlıqda keçirib. Lyuis Riko qırmızı 88-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Bu qrupun digər matçı - "Əl-Əyn" (BƏƏ) - "Yuventus" (İtaliya) qarşılaşması gecə saat 05:00-də oynanılacaq. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Chosen
20
fanat.az

1Sources