EN

Messinin həyat yoldaşı bu FOTOsu ilə hər kəsi heyran etdi

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokkutso sosial şəbəkədə yeni foto paylaşıb.

Publika.az xəbər verir ki, 39,9 milyon izləyicisi olan “Instagram” hesabında yayımlanan parlaq fotoda Antonella bikini ilə görüntülənib. O, paylaşımında şəkilin harada çəkildiyini qeyd etməyib. Şərhlərdə izləyicilər 37 yaşlı qadının gözəl bədən quruluşuna heyranlıqlarını bildiriblər.

Xatırladaq ki, Messi və Rokkutsonun üç oğul övladı var. Lionel Messi hazırda klublar dünya çempionatında iştirak edir. Turnirin ilk turunda onun komandası “İnter Mayami” Misir təmsilçisi “Əl-Əhli” ilə qolsuz heç-heçə edib. Növbəti qarşılaşma iyun 19-da Portuqaliya klubu “Porto”ya qarşı baş tutacaq.

Chosen
39
5
publika.az

6Sources