EN

Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı qovdu

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib. Onun müavini Andranik Simonyan idarənin rəisi vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Bu barədə respublika hökumətinin saytında dərc olunan sərəncamda deyilir. Qərarın səbəbləri açıqlanmır.
Qeyd edək ki, Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə 2020-ci ilin noyabrında başlayıb. O, 1999-cu ildən başlayaraq 20 ildən artıq müddətdə milli təhlükəsizlik orqanlarında işləyib.

1993-1994-cü illərdə Ermənistanda yerləşən Rusiya sərhəd qoşunlarında xidmət edib. 2023-cü ilin dekabrında cənab Abazyan general-leytenant hərbi rütbəsi alıb.

//Samir Qurbanov, Editor.az

Chosen
10
editor.az

1Sources