"Hazırda metronun bir stansiyanın inşası davam etdirilir, gələcəkdə Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək".
Â
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Â
Onun sözlərinə görə, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.
Â
Bəxtiyar Məmmədov Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesinin də davam etdirildiyini deyib.
Â
O qeyd edib, yaxın bir il ərzində daha 35 yeni vaqon gətiriləcək.
Â
Bəxtiyar Məmmədov onu da əlavə edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq.
Â