EN

Samvel Karapetyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib

İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-in teleqram kanallarında bildirilib.

Təqsirləndirilən şəxsin vəkili qərarın qanunsuz olduğunu bildirib.

Qeyd olunur ki, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur.

Bundan əvvəl xəbər yayılıb ki, Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları rusiyalı biznesmen S.Karapetyanı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham edərək saxlayıblar.

Chosen
8
2
report.az

5Sources