EN

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

"Air Arabia", Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ilə əlaqədar iyunun 30-dək Rusiyadan və Rusiyaya müntəzəm uçuşları ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako "Telegram" kanalında məlumat verib.

Bununla belə, Korenyako qeyd edib ki, daşıyıcı repatriasiya uçuşları həyata keçiriləcək.

"Bu gün aviaşirkət Moskva və Yekaterinburqa 460-dan çox sərnişin (üç reys) daşımağı planlaşdırırdı. İyunun 19-da "Air Arabia" Rusiyaya 5 repatriasiya reysi həyata keçirməyi planlaşdırır.

Chosen
16
1
unikal.az

9Sources