EN

"Mançester Yunayted"in Premyer Liqada ən çətin mövsüm startı

Opta versiyasına görə "Mançester Yunayted"in Premyer Liqada ən çətin mövsüm startı var.

Sportal.az xəbər verir ki, Ruben Amorimin komandasının ilk beş turdakı rəqiblərinin orta güc reytinqi (Opta Power Rating) 94,6 təşkil edir.

17 avqustda "Mançester Yunayted" mövsümə "Arsenal"la ev oyununda başlayacaq, ardından "Fulhem"ə səfər edəcək. 3-cü turda Amorimin komandası "Bernli"ni qəbul edəcək, daha sonra isə səfərdə "Mançester Siti" ilə qarşılaşacaq.

5-ci turda isə "Old Trafford"da "Çelsi" ilə oyun keçiriləcək.

Müqayisə üçün, "Liverpul"un ilk beş rəqibinin orta güc reytinqi 93,3-dür. Arne Slotun komandası "Bornmut", "Nyukasl", "Arsenal", "Bernli" və "Everton"la qarşılaşacaq.

saytlarin hazirlanmasi

Chosen
15
sportal.az

1Sources