EN

Türkiyədə Qərbi Azərbaycan həqiqətinə ictimai dəstək

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyi “Ermənistanın siyasi təxribatlarına qarşı milli strategiya – Qərbi Azərbaycan faktoru” layihəsi çərçivəsində Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetində konfrans, Kayseri şəhərində isə Yasevi dərnəyində dəyirmi masa təşkil edib. 

Hər iki tədbirdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, beyin mərkəzləri, akademik dairələr, media nümayəndələri, müəllim və tələbə heyəti iştirak etmişdir. Hacı Bektaş Veli Universitetinin dosenti Telli Akhun Korkmaz Azərbaycan torpaqlarında qeyri-qanuni yaradılmış Ermənistan Respublikasında Azərbaycan türklərinin öz tarixi ərazilərindən zorla çıxarılmasından, onların başına gətirilən zorakılıqlardan danışıb. 

İctimai birliyin sədri Qafar Çaxmaqlı və digər natiqlər Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıtmalarının beynəlxalq normalara tamamilə uyğun olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Erməni millətçiləri bu ərazilərdə Azərbaycan xalqının zəngin tarixi maddi-mədəni irsini talan etmişdir. 

UNESCO və digər beynəlxalq təşkilatların bu məsələyə laqeyd yanaşması da tədbir iştirakçılarının diqqət mərkəzində olub. Sonda bildirək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 

XQ

 

Chosen
8
5
xalqqazeti.az

7Sources