EN

Rusiya prezidenti: İran Moskvadan hərbi yardım istəməyib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Rusiyadan hərbi yardım istəməyib.APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində bildirib.

Putin Rusiya ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsində müdafiə sahəsi ilə bağlı heç bir maddə olmadığını vurğulayıb.

Qeyd edib ki, Rusiya İrana hava hücumundan müdafiə sistemi yaratmaq layihələrini təklif edib, lakin Tehran buna o qədər də maraq göstərməyib.

Rusiya prezidenti əlavə edib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq həmişə beynəlxalq hüquqi çərçivədə qalıb.

Putin Rusiyanın İranda atom elektrik stansiyasları inşa edən mütəxəssisləri haqqında da danışıb.Bildirib ki, hazırda Buşerdə 250 rusiyalı mütəxəssis var:"Ora ezam olunanlarla birlikdə 600-ə yaxın rusiyalı mütəxəssis var. Biz İrandan getmirik".

Putin İsrail tərəfi ilə İrandakı həmin rusiyalı mütəxəssislərin təhlükəsizliyi barədə razılaşdıqlarını da söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
apa.az

2Sources