EN

Tramp İranla danışıqları qəti şəkildə rədd etdi - Artıq çox gecdir...


İsrail mətbuatı üç İran hökumət təyyarəsinin sülh danışıqları üçün Omana getdiyini iddia edib. Bu təyyarələrdən birinin İran prezident administrasiyasına məxsus olduğu bildirilib. Uçuş izləmə sistemləri İrandan havaya qalxan 3 təyyarənin Omanın paytaxtı Maskata eniş etdiyini müəyyən edib.

İddialara görə, bu uçuşlar İran və İsrail arasında gərginliyin artması və davam edən qarşıdurma fonunda həyata keçirilib. Lakin İranın xarici işlər naziri Abbas Ərakçi bu xəbərləri təkzib edib. Arakçi bildirib ki, İran Omana heç bir danışıqlar heyəti göndərməyib.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada İranın danışıqlara hazır olduğunu eşitdiyini, lakin bunun üçün çox gec olduğunu bildirib. Tramp deyib: “Tələblərimizi iki sözlə ümumiləşdirmək olar: qeyd-şərtsiz təslim olmaq”.

Tramp daha sonra “İran Ağ Evə gəlmək istəyir, bəlkə bunu edərəm” deyib. İranın nüvə silahına sahib olmasına cəmi bir neçə həftə qaldığını iddia edən Tramp, nüvə silahları olsa, mütləq ondan istifadə edərlər: “Ona görə də nüvə silahına sahib ola bilməzlər”.

ABŞ prezidenti İranla bağlı yekun qərara gəlmədiyini də deyib: “İranla bağlı fikirlərim var, amma qərarlarımı son anda verirəm. Biz atəşkəs deyil, tam qələbə axtarırıq və bu da, İranın nüvə silahına malik olmamasıdır".

Qeyd edək ki, əvvəllər ABŞ və İran arasında dolayı nüvə danışıqlarına ev sahibliyi edən Oman regionda vasitəçilik səyləri ilə tanınır. Lakin son hadisələr diplomatik həll ümidlərini zəiflədir.

TAHİR

Chosen
13
baki-xeber.com

1Sources