EN

Taliban futbol üzrə Rusiya millisinə təklif göndərdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol üzrə Rusiya milli komandası Kabildə Əfqanıstan yığması ilə yoldaşlıq oyunu keçirmək üçün dəvət alıb.

Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadla xəbər verir.

"Ölkələrimiz arasında yoldaşlıq görüşünün keçirilməsi təşəbbüsü ilə bağlı məlumatı İdman Nazirliyinə və Futbol Federasiyasına ötürəcəyik. Əfqanıstan oyunun Rusiyada keçirilməsi ideyasını dəstəkləyir, lakin sizi Əfqanıstana dəvət edirik", - deyə Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədulla Zahid deyib.

Qeyd edək ki, FIFA və UEFA Ukraynadakı münaqişə ilə əlaqədar 2022-ci ilin fevral ayından etibarən Rusiya milli komandalarının və klublarının beynəlxalq yarışlardan kənarlaşdırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
oxu.az

1Sources