EN

Devid və Viktoriya Bekhemlər Britaniya şahzadəsinə görə oğullarına qəzəbləndilər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Futbolçu Devid Bekhem və onun həyat yoldaşı, dizayner Viktoriya Bekhem oğulları Bruklinin Böyük Britaniya şahzadəsi Harri və Meqan Marklla dostluğundan narazıdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Life&Style" nəşri insayderə istinadən məlumat yayıb.

"Bu, Viktoriya və Devid üçün əsl kabusdur. Onlar bu vəziyyətdən narahatdırlar, xüsusilə də nəzərə alsaq ki, Bekhemlər şahzadə Uilyam və Keyt Middltonla çox yaxın münasibətdədirlər. Həmçinin məlumdur ki, Viktoriya ilə Meqan Markl arasında köhnədən qalma konflikt var. Bu səbəbdən Bruklinin atdığı addım ailəyə xəyanət kimi qəbul olunur", - deyə mənbə bildirib.

İnsayderin sözlərinə görə, Viktoriya Bekhem oğlunun həyat yoldaşı Nikola Peltz-Bekhemi günahlandırır və düşünür ki, məhz o, Meqan Markl və şahzadə Harri ilə ünsiyyət qurmağa başlayıb.

Mənbə əlavə edib ki, Viktoriya Bruklini bağışlamağa hazır olsa da, Devid Bekhem oğlunun bu davranışına göz yummur.

Qeyd edək ki, 2022-ci ilin aprelində Bruklin Bekhem Nikola Peltzlə evlənib. Toyun təşkili zamanı Viktoriya Bekhemlə Nikola arasında münasibətlər gərginləşib. Belə ki, model gəlinlik üçün "Valentino Couture" brendinə üstünlük verib və Bekhem brendindən istifadə etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
oxu.az

1Sources