EN

İran ABŞ ın Yaxın Şərqdəki hərbi bazalarını vura bilər

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın “Tasnim” xəbər agentliyi ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının siyahısını dərc edib, onun məlumatlarına görə, onlar İran raketlərinin uçuş məsafəsi daxilindədir.

Bu barədə RİA Novosti müvafiq infoqrafikaya istinadən məlumat yayıb.

Məlumata görə, İran raketləri ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Suriya və Türkiyədəki hərbi bazalarını vura bilər.

Bir gün əvvəl Yaxın Şərqdəki hərbi bazalardakı ABŞ hərbçilərinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilmişdi. KİV-in məlumatına görə, bu, ABŞ-ın İsrail əməliyyatına qoşulmaq qərarına gəldiyi təqdirdə İranın raket zərbəsi endirə biləcəyi qorxusu fonunda edilib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources