Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinir.
Qeyd olunub ki, o, sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. C.Quliyev həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6 800, digərindən 2 400 manat alıb.
Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Qeyd: C.Quliyev “instagram” və “tiktok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.
5Sources
-
bakivaxti.azQadınları görüntüləri ilə şantaj edən blogerlə bağlı qərar verildi ( 18397828)
-
demokrat.azBloger Cəmil Quliyevdən YENİ XƏBƏR: Ali Məhkəmə 6 İllik cəzanı... ( 18394516)
-
demokrat.azBloger Cəmil Quliyevdən YENİ XƏBƏR: Ali Məhkəmə 6 İllik cəzanı... ( 18394420)
-
pravda.azMəhkəmə qadınları görüntüləri ilə şantaj edən blogerlə bağlı qərarı elan etdi ( 18394201)
-
pravda.azMəhkəmə qadınları görüntüləri ilə şantaj edən blogerlə bağlı qərarı elan etdi ( 18394183)