EN

Bu ölkə vasitəçi ola bilməz, səbəbi... Putin

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İki il öncə Almaniya kansleri Olaf Şolts və digər Avropa liderləri ilə fəal müntəzəm danışıqlar aparılırdı. Bu danışıqlar elə Qərbin təşəbbüsü ilə dayandırılıb. Onlar özləri bu əlaqələrə son qoyublar. Buyursunlar, bərpa etsinlər. Biz açığıq, bunu dəfələrlə demişəm.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı almaniyalı jurnalistin sualını cavablandırarkən deyib.

“Vasitəçi neytral mövqedə olmalıdır. Amma biz döyüş meydanında alman tanklarını, “Leopard”ları görəndə, üstəlik, Federativ Respublika artıq Rusiya ərazisinə hücumlar üçün “Taurus” raketlərinin tədarükünü nəzərdən keçirdiyi və buna Bundesver zabitlərinin də cəlb olunduğu bir vaxtda böyük suallar yaranır", - Putin qeyd edib.

Putin əlavə edib ki, bu addımlar hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin münasibətlərimizi tamamilə korlayacaq.

Onun sözlərinə görə, mövcud şəraitdə Almaniya Rusiya tərəfindən neytral tərəf kimi deyil, Ukraynanı dəstəkləyən, bəzən isə döyüşlərdə birbaşa iştirak edən tərəf kimi qəbul olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
4
axar.az

10Sources