Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.
Bu barədə APA-ya mərhumun qızı Günay Məlikli məlumat verib.
O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib.
Ramiz duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.