EN

ABŞ mediasından şok iddia – Tramp İrana hücum planını təsdiqlədi...


ABŞ prezidenti Donald Trampın İsrailin İrana hücumları ilə başlayan münaqişəyə ABŞ-ın müdaxiləsini gizli şəkildə təsdiqlədiyi iddia edilib.

“Wall Street Journal”ın danışıqlardan xəbəri olan mənbələrə istinadən verdiyi məlumata görə, Tramp ABŞ-ın İrana hücum planlarına yaşıl işıq yandırıb.

Sözügedən mənbələr Trampın çərşənbə axşamı axşam saatlarında keçirdiyi görüşdə ABŞ-ın İrana hücum planlarını gizli şəkildə təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından əl çəkib-çəkməyəcəyini öyrənmək üçün yekun əmri gecikdirdiyini bildirib.

Qeyd olunub ki, İranın yeraltı uranın zənginləşdirilməsi üzrə Fordo nüvə obyekti ABŞ-ın ehtimal olunan ilk hədəflərindən biri olacaq.

Tramp iyunun 17-nə keçən gecə Ağ Evdə İsrailin İrana hücumları ilə başlayan münaqişə və ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı yüksək səviyyəli rəsmilərlə görüş keçirib.

Bundan əvvəl açıqlama verən ABŞ prezidenti İrana hücum edib-etməyəcəyi ilə bağlı "Nə edəcəyimlə bağlı fikirlərim var, lakin hələ son qərarı verməmişəm. Son qərarımı son saniyədən öncə vermək istəyirəm. Çünki müharibədə hər şey dəyişir" deyib.

ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə qoşulub-qoşulmayacağına gəldikdə isə, Tramp bunu istəmədiyini deyib.

TAHİR

Chosen
3
baki-xeber.com

1Sources