EN

Ağdam və Füzuli sakinlərinə şad xəbər

Ağdam və Füzuli rayonlarının bır sıra kəndlərinin elektrik təchizatı ilə bağlı yeni işlərə başlanılır.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC hazırlıqları başa çatdırıb.

Belə ki, Ağdamın Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik verilişi xətti çəkiləcək.

Dəyəri 8 milyon 900 min manatdan çox olan bu işlərin icrası “Harmony İndustrial Construction and Engineering Group” tərəfindən həyata keçiriləcək.

Eyni zamanda Füzulinin Qoçəhmədli, Qarğabazar və Cuvarlı yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətti çəkiləcək.

Dəyəri 1 milyon 50 min manat olan bu işlər isə “19 saylı Tikinti Təmir İdarəsi” tərəfindən həyata keçiriləcək./Yenisabah.az/

Chosen
11
3
turkustan.az

4Sources