EN

İrandan İsrailə raket YAĞIŞI: Xəstəxana VURULDU - Yaralananlar var - VİDEO 

  İrandan İsrailə doğru atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bu barədə İsrail Müdafiə Ordusunun (İDF) mətbuat xidməti məlumat yayıb.

"Müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün işləyir", – deyə ordunun sosial şəbəkə hesabında qeyd olunub.

Raketlərin sayı barədə rəsmi açıqlama verilməyib.

İsrail mediasının məlumatına görə, bu səhər İran tərəfindən İsrailə endirilən raket hücumu nəticəsində azı 30 nəfər xəsarət alıb.

Bildirilir ki, yaralıların sayı sürətlə artır.

Qeyd edək ki, İsrail mediası İrandan İsrailə onlarla raket atıldığını yazıb. Bölgədə güclü partlayış səsləri eşidilir. Bildirilir ki, bu, son günlərdə İrandan həyata keçirilən ən intensiv raket hücumudur.

Ölkənin mərkəzi və cənub bölgələrində ən azı dörd raketin düşdüyü qeydə alınıb. Polis Təl-Əviv ətrafında azı üç məkanda raketlərin və ya onların qalıqlarının yerə düşməsini təsdiqləyib, lakin konkret ünvanlar açıqlanmayıb.

Raketlərin Quş-Dan və Negev bölgələrinə düşdüyü məlumdur. Bat-Yam sakinləri də partlayışlardan xəbər veriblər. Hadisə yerlərinə təcili yardım və digər fövqəladə xidmətlər cəlb olunub.

“İsrailin 9-cu Kanalı” xəbər verir ki, atılan ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasına düşüb.

Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Təl-Əviv, Ramat-Qan və Holon şəhərlərində də binalara birbaşa raket zərbələrinin endirildiyi təsdiqlənib.



//Musavat.com


Chosen
33
1
referans.az

10Sources