BAKI, 19 iyun. TELEQRAF
İran gələcəkdə İsrailə qarşı həyata keçiriləcək hərbi əməliyyatlarda heç bir məhdudiyyət tanımayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi bildirib.
“Biz sionist rejimin (İsrailin – red.) hər hansı obyektini davamlı şəkildə hədəfə almaqda davam edəcəyik. Aqressiya törədən bu rejimə qarşı hücumlarımızda özümüz üçün heç bir məhdudiyyət görmürük",- o qeyd edib.