EN

Qarabağ zəfəri sülhə yol açdı - Yaşar Gülər

BAKI, TurkicWorld

Qarabağda qazanılmış qələbə Cənubi Qafqazda davamlı sülhə yol açdı.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Gülər, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bildirib və “İki dövlət, bir millət, bir ordu” anlayışının hərbi əməkdaşlıqda yeni səviyyəyə çatdığını vurğulayıb.

O, qlobal və regional miqyasda artan təhdidlər fonunda, Azərbaycan və Türkiyənin strateji mövqeyini qoruması üçün hərtərəfli güclənməsinin bir seçim deyil, zərurət olduğunu qeyd edib. Nazirə görə, bu iki qardaş ölkənin əməkdaşlığı regionda sülh və sabitliyin təminatına çevrilib.

“Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür”- deyə o bildirib.

Türkiyə müdafiə naziri 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şücaətini xüsusi vurğulayıb.

“Azərbaycan ordusunun şanlı zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyi oldu”- deyə o bildirib.

Güler, Azərbaycan və Türkiyə orduları arasında qarşılıqlı təlimlərdən tutmuş birgə təyinatlara qədər bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini bildirib. O, həmçinin minalardan təmizləmə əməliyyatları və hərbi sənaye sahəsində inteqrasiyanın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Chosen
4
turkic.world

1Sources