Rusiyanın xalq artisti, məşhur sovet aktrisası Nataliya Tenyakova Moskvanın ən bahalı ərazilərindən birində mənzil sahibi olub. Bu barədə “Dni.ru” nəşri məlumat yayıb.
Tenyakova paytaxtın Qaqarinski adlanan ərazisində bura hələ Rıleyeva küçəsi adlanan vaxtlarda - 1993-cü ilə qədər mənzil alıbmış. Məşhur "Sevgi və göyərçinlər" filminin ulduzlarından biri olan Nataliya bu mülkü məktəbə yaxın yaşamaq istəyən qızı Dariyanın xahişi ilə aldığını bildirmişdi.
Dni.ru qeyd edir ki, Hazırda Tenyakovanın mənzilinin yerləşdiyi ərazidə mənzillərin bir kvadrat metrinin qiyməti təxminən 900 min rubl təşkil edir. Sənətçinin Moskvadan 50 kilometr aralıda yerləşən daçası da var. Dni.ru xəbər verir ki, tanınmış sovet aktrisası ömrünün son illərində vaxtının çox hissəsini məhz həmin daçada keçirib.
Tenyakovanın bütün mirası onun yeganə qızı, aktrisa Daria Yurskayaya keçəcək.
Xatırladaq ki, iyunun 18-də Rusiyanın xalq artisti Nataliya Tenyakova 80 yaşında vəfat edib. Rusiyanın əməkdar artisti Andrey Davıdov sənətçinin ürək tutmasından dünyasını dəyişdiyini bildirib.
Aktrisanın ən məşhur rolu Vladimir Menşovun “Məhəbbət və göyərçinlər” komediyasında oynadığı Baba Şura olub. Filmdə təqaüdçü rolunu oynamasına baxmayaraq, çəkiliş zamanı Tenyakovanın cəmi 40 yaşı var idi.
Tural