EN

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinin həbs müddəti uzadılıb

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhraman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb.

“Report”un məlumatına görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi olub.

Qəhraman Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Qəhraman Məmmədova AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Chosen
15
7
report.az

8Sources