ain.az, Azxeber.com portalına istinadən məlumat verir.
Hamiləlik zamanı beyin ölümü elan edildikdən sonra aylarca aparata bağlı saxlanılan Adriana Smit adlı qadının körpəsi dünyaya gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə Corciniya ştatında yaşanıb.
30 yaşlı tibb bacısı Adriana Smit ikinci uşağına doqquz həftəlik hamilə olanda xəstəxanaya yerləşdirilib.
Beynində çoxlu qan laxtalandığını görən həkimlər Smitə beyin ölümü diaqnozu qoyublar. Lakin körpə həyatda olduğundan, xəstəxananın həkimləri döl kifayət qədər inkişaf edənə qədər qadını aparatın dəstəyi ilə həyatda saxlayıblar.
Körpə ötən gün keysəriyyə əməliyyatı ilə dünyaya gələndən sonra anası Adriana Smit həyata gözlərini yumub.
Aysel
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.