EN

Yaşlı kişi Göyçayda xəstəxanada öldü

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə xəstəxananın təcili yardım şöbəsində baş verib.

Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1960-cı il təvəllüdlü Zahir Quliyev səhhəti ilə bağlı Göyçay Rayon Xəstəxanasına müayinəyə gəlib. Təcili yardım şöbəsinə müraciət etmək istəyən Z.Quliyevin səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Məlumata görə, Z.Quliyev uzun müddət ürək problemindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
1
1
avtosfer.az

2Sources