EN

Səhər yeməyində düzgün qidalanma necə olmalıdır?

Bir çox mütəxəssislər səhər yeməyini günün ən vacib yeməyi kimi qiymətləndirir. Bununla belə, bəzi həkimlər səhər yeməyinin əhəmiyyətinin fərdi xüsusiyyətlərdən asılı olduğunu düşünür və hər kəs üçün eyni dərəcədə vacib olmadığını qeyd edirlər. Bu səbəbdən, səhər yeməyinin qəbul edilib-edilməməsi şəxsin həyat tərzi, metabolizması və gündəlik fəaliyyətinə uyğun şəkildə müəyyənləşdirilməlidir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan qida eksperti Fərid Səfərov da səhər yeməyinin günün vacib yeməyi olduğunu vurğulayır.

O bildirir ki, səhər yeməyi günboyu əhval-ruhiyyənin yüksək olmasına kömək edir:

"Səhər yeməyi insan orqanizmində enerji balansını qorumağa, gün ərzində əhval-ruhiyyənin yüksək olmasına kömək edir. İnsan yatanda onunla birlikdə orqanizmin maddələr mübadiləsi də "yuxuya gedir", yəni, əgər səhər yeməyi yeməsək metabolizm də oyanmır, bədənimiz daha az kalori yandırır, nahar zamanı daha artıq kalori qəbul etmiş oluruq, nəticədə, artıq çəki və ardınca da xəstəliklər yaranmağa başlayır".

Səhər yeməyi yeməyin bir neçə faydası var: 

  • insanı gün ərzində enerji ilə təmin edir.
  • əhvalımızı yaxşılaşdırır.
  • səhər yeməyi yedikdə gün ərzində yemək istəyimiz az olacaq, aclıq hissimizi daha rahat idarə edə biləcəyik.
  • diqqəti və yaddaşı möhkəmləndirir.
  • artıq çəki almağımıza mane olur.
  •  arıqlamağa kömək edir.
  •  mədə-bağırsaq sistemində yarana biləcək xəstəlikləri önləyir.
  • düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmimizi lazımlı qida maddələri ilə təmin edir.

Oyandıqdan 1 saat sonra səhər yeməyi yeyə bilərsiniz, eyni zamanda, əgər iştahınız yoxdursa, səhər yeməyinə öyrəşmək istəyirsinizsə idmanla məşğul olun, iştahınız artacaqdır".

Bəs səhər yeməyində düzgün qidalanma necə olmalıdır?

  • Səhər yeməyindən əvvəl su için. Qəhvə, tünd, şirin çay mədənin selikli qişasını qıcıqlandıra bilər.
  • Təbii kərə yağı, yumurta, pendir yeyə bilərsiniz.
  • Tərkibində bol lif, fol turşusu, vitaminlər, dəmir, kalsium, protein olan qidalar sağlam bir səhər yeməyi hesab olunur.

"Sağlam, gümrah, şən əhval-ruhiyyəli, pozitiv olmaq istəyirsinizsə hər səhər iştahla və ləzzət alaraq səhər yeməyinizi yeyin və yeni bir günə başlayın".

Chosen
54
operativmedia.az

1Sources