Ermənistanda etiraz aksiyaları səngimək bilmir. Ölkədə siyasi məsələlərlə yanaşı sosial-iqtisadi problemlərə görə də az qala hər gün etiraz aksiyası keçirilir. Ardıcıl aksiya keçirənlərdən biri də İikinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərin yaxınlarıdır.
Valideynlər Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Armen Abazyanın işdən çıxarılması barədə qərarın ləğv edilməsini tələb edərək gecəni Baqramyan prospektində keçiriblər. Etirazçılar prospektə gedən yolu bağlayıblar. Onlar MTX-nin direktoru vəzifəsini icra edən Andranik Simonyanla da görüş tələb edirlər. Aksiya iştirakçıları tələblərini onlarla görüşə gələn polis rəisinin müavini Vardan Vardanyana da çatdırıblar.
Tural