EN

"Yaxın 3 ildə hakimlərin sayı 800-ə çatdırılacaq"


Ali Məhkəməsinin sədri İnam Kərimov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında mühüm fikirlər səsləndirib. İnam Kərimov qeyd edib ki, hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi, şəffaf və obyektiv seçim mexanizmlərinin tətbiqi barədə mütərəqqi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib.
SİTAT: "Həm hakimliyə namizədlərin seçim mərhələsi sadələşdirilib, daha çevik olub, həm də Şuranın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb. Mövcud hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçim prosesi fasiləsiz davam etdirilir. Cari ilin sonuna kimi hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ildə isə 800-ə çatdırılması planlaşdırılır."

Mətləb Salahov

Chosen
8
baki-xeber.com

1Sources