EN

FIFA Klub Dünya Kuboku: MS və “Yuve”dən uğurlu start

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə mundial çərçivəsində daha dörd qarşılaşma baş tutub və qrup mərhələsinin ilk turuna yekun vurulub.

G qrupunda İngiltərə nəhəngi “Mançester Siti” Mərakeşin “Vidad” komandasını 2 cavabsız qolla məğlub edib. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” kollektivi ilə üz-üzə gəlmiş “Yuventus” (İtaliya) isə rəqibinə 5 cavabsız qolla qalib gəlib.

H qrupunda da iki oyun keçirilib. Madrid “Real”ı (İspaniya) Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının öhdəsindən gələ bilməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Meksikanın “Paçuka” komandası ilə qarşılaşmış “Zalsburq” (Avstriya) isə ilk oyunundan qalib ayrılmağı bacarıb.

Bu gün mundialda qrup mərhələsinin 2-ci turuna start veriləcək. A qrupunda ilk oyunlarını qolsuz bərabərliklə başa vuran komandalar üz-üzə gələcəklər. “Palmeyras” “Əl-Əhli” ilə, “İnter Mayami” isə “Portu” ilə qarşılaşacaq.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 1-ci tur

G qrupu

Mançester Siti (İngiltərə) – Vidad (Mərakeş) 2:0
Qollar: Fil Foden, 2. Jeremi Doku, 42.

Əl-Əyn (BƏƏ) – Yuventus (İtaliya) 0:5
Qollar: Randal Kolo Muani, 11; 45+4. Fransisko Konseysao, 21; 58. Kenan Yıldız, 31.

H qrupu

Real (Madrid, İspaniya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 1:1
Qollar: Qonsalo Qarsiya, 34 – Ruben Neves, 41-pen.

Paçuka (Meksika) – Zalsburq (Avstriya) 1:2
Qollar: Brayan Qonsales, 56 – Oskar Qlux, 42. Karim Onisivo, 76.

Chosen
6
arena.az

1Sources